“Hakim qərarları çox məyusedicidir və futbola yaraşmır”

“Neftçi” premyer liqanın XXII turunda “Şamaxı”nın qonağı olub.

Allsport.az xəbər verir ki, gərgin keçən görüş 2:2 hesabı ilə bitib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub oyun barədə bunu deyib:

“Oyundan razıyam, amma təəssüf ki, hakim qərarları çox məyusedicidir və futbola yaraşmır. Futbolçumuzu vurdular, zədələdilər, amma bizim qapımıza penalti verildi. Belə çıxır ki, biz görməsək də, hakimlər hansısa formada görüblər. Biz ciddi olaraq irəliyə addımlayırdıq, amma sanki bunu istəmirlər və biz irəlilədikcə qarşımızı kəsməyə çalışırlar. Bununla belə, biz dayanmayacağıq, yolumuza davam edəcəyik. Çünki bizim iradəmiz var. İradəsi olan komandalar, güclülər hər zaman irəliləməyə davam edirlər”.

Həmin kateqoriyadan