Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri başlayır

Bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” ll beynəlxalq futbol turnirinə start veriləcək.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi ilə AFFA-nın birgə təşkil etdiyi yarış noyabrın 19-da başa çatacaq.

Turnirdə Azərbaycanın 6 komandası ilə yanaşı, Belarus və Qırğızıstan klubları mübarizə aparacaq. Oyunlar “ASK arena”da və “ASCO arena”da keçiriləcək.

“A” qrupunda “U-15 Academy” (Belarus), “Neftçi”, “Qarabağ”, “Zirə”, “B” qrupunda isə “Turan Tovuz” “Sumqayıt”, “Sabah” və İlbirs (Qırğızıstan) komandaları güclərini sınayacaqlar.

Həmin kateqoriyadan