- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Əsas sabahkı oyuna köklənmişik. Növbəti mərhələdə “Ludoqoreç”, yoxsa “Ferensvaroş” fərq etməz, hər ikisinə eyni gözlə baxıram”.
Allsport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov paytaxtda Şimali Makedoniya klubu “Şkendiya”ya qarşı çempionlar liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
O, “köhlən atlar”ın transfer çalışmalarının davam etdiyini bildirib: “Allaha şükür, hücumçu seçməkdə çox vaxt yanılmamışıq. Tək əngəl odur ki, “Qarabağ”a gələn legionçu 3-4 oyun özünü göstərdikdən sonra, ona təkliflər gəlir. “Yox” deyəndə, həmin futbolçunun ovqatı korlanır və o geriləməyə başlayır. Hər mövqeyə oyunçu istəyirik”.