- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Futbol üzrə Azərbaycan I Divizionunda 2014/2015 mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, turnirin qalibi adını cari mövsümdə cəmi 2 dəfə məğlub olmuş “Neftçala” qazanıb. Ümumilikdə 78 xal toplayan “Neftçala” bütün rəqiblərini qabaqlayıb.
Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. “Ağsu” və “Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb. Beləliklə, bu göstəriciyə görə “Ağsu” “Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.