- Baxış sayı: 19
- 13 Mart 2026 15:43
- Baxış sayı: 460
- Mart 12, 2026
- 0

“Atletiko Madrid” gələn yay transfer pəncərəsində “Bayer Leverkuzen”in yarımmüdafiəçisi İbrahim Mazanı heyətinə qatmaqda israrlıdır.
Allsport.az xəbər verir ki, 20 yaşlı əlcəzairli oyunçu bundesliqa təmsilçisinin heyətində göstərdiyi performansla Madrid klubunun skautlarının diqqətini çəkib.
Cari mövsümdə bütün turnirlərdə 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan Mazanın transfer dəyəri 45 milyon avro olaraq müəyyənləşib. Madrid təmsilçisi futbolçunu Antuan Qrizmannın mümkün gedişi və Xulian Alvaresin qeyri-müəyyən gələcəyi fonunda hücum xəttini gücləndirmək üçün ideal namizəd hesab edir.
Əlcəzair millisi ilə DÇ-2026-ya vəsiqə qazanan Mazanın mundialdakı çıxışından sonra qiymətinin daha da artacağı gözlənilir.