İdman jurnalistləri ilə bağlı bölgə layihəsi davam edəcək

Peşəkar futbol liqasının idman jurnalistlərinin regionlarda keçirilən oyunları işıqlandırması üçün maddi dəstək vermək, bölgələrimizdə futbola olan azarkeş marağının daha böyük auditoriyaya çatdırılmasına nail olmaq məqsədilə ötən mövsümdən həyata keçirməyə başladığı layihə cari mövsümdə də davam etdiriləcək.

Allsport.az saytı xəbər verir ki, layihədə PFL akkreditasiyası olan onlayn və çap mediada çalışan idman jurnalistləri, eyni zamanda digər profilli (ictimai-siyasi və s.) mediada fəaliyyət göstərən idman jurnalistləri iştirak edə bilərlər.

Layihəyə qatılmaq üçün müraciət edən media mənsubları və onların əməkdaşları ilə bağlı son qərar hüququ ötən mövsüm olduğu kimi PFL-ə məxsusdur.

Həmin kateqoriyadan