İdman rəqsləri üzrə ölkə çempionatının qalibləri

İdman rəqsləri üzrə Azərbaycan çempionatı və Azərbaycan birinciliyi keçirilib.

Allsport.az xəbər verir ki, yekun nəticələrə əsasən böyüklər arasında Latın Amerika proqramı üzrə (2006-cı il və yuxarı yaş) birinci yerə Leonard Petkevics və Rebekka Çerepanova layiq görülüblər.

Artur Taqirov və Yuliana Menyinskaya ikinci, Valeriy Krasavin və Kamilla Ağaefendiyeva üçüncü yeri tutublar.

“Gənclər” standart proqramı üzrə (2007-2009-cu illər) Aleksandr Kappet, Elenor Kuriso fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Vasiliy Lebedev və Selena Qrızak yarışı ikinci, Hafiz Paşa və Estel Nağıyeva üçüncü pillədə başa vurublar.

“Yeniyetmə I” proqramı üzrə (2011-2012-ci illər) Daniil Konopelkin və Zuleyxa Hüseynova bütün rəqiblərini qabaqlayaraq birinci olublar. Alxaz Məmmədzadə və Dəniz Vəliyeva ikinci, Murad Musa və Ameliya Muradova üçüncü pillədə qərarlaşıblar.

“Uşaqlar II” proqramı üzrə (2013-2014-cü illər) Murad Hüseynov və Viktoriya Mineyeva, Yusif Şabanov və Alina Feoktistova, Nadir Əliyev və Mədinə Əliyeva fərqləniblər.

“Uşaqlar I” proqramı üzrə (2015-2017-ci illər) Kərim Səfərli və Sofiya Həşimova birinci yerə layiq görülüblər. Daniil Zinin və Məryam Abdullayeva, Səid Səfərli və Zarina Tairova ikinci və üçüncü yerə layiq görülüblər.

Həmin kateqoriyadan