İlham Əliyev dünya karate federasiyasının prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev, sentyabrın 3-də dünya və Avropa karate federasiyasının prezidenti Antonio Espinosu qəbul edib. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı ölkədə idmanın bütün növlərinə, o cümlədən karatedə dövlət səviyyəsində dəstək göstərildiyi və idman sahəsində qazanılan nailiyyətlər qeyd olunub. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Tokio olimpiya oyunlarında qazandığı uğurlar vurğulanıb.

Görüşdə Bakıda ən nüfuzlu yarışlardan olan karate-1 premyer liqasının əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlət başçısı qonağa Azərbaycan karate federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish