- Baxış sayı: 22
- 26 Dekabr 2024 19:45
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş İlqar Qurbanovla 1-illik anlaşılıb. O, yeni komandasında 50 nömrəli geyimdə çıxış edəcək.
Türkiyənin “Fənərbağça” klubunun yetirməsi olan İlqar peşəkar karyerası ərzində “Qəbələ” ilə yanaşı (29 oyun) “Xəzər Lənkəran” (56 oyun, 6 qol), “Sivasspor” (11 oyun, 1 qol), “Boluspor” (19 oyun, 3 qol), “Olimpik Şüvəlan” (23 oyun, 2 qol), “Mersin İdman Yurdu” (7 oyun) və “Qarabağ”ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb.
2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan Qurbanov 16 görüşdə meydanda olub.