“İnanılmaz anlar yaşamağa davam edəcəyik”

Allsport.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi sosial şəbəkədəki səhifəsində komandanın bu mövsümdəki çıxışını şərh edib:

“Komandanın bu mövsüm əldə etdiyi hər uğurla fəxr edirəm. Hamımızın zəhməti sayəsində biz “İnter Mayami” tarixində ilk titulu qazanıb, ABŞ açıq kubokunun finalına yüksələ bildik. Hətta MLS-in pley-off mərhələsinə çıxmaq üçün demək olar ki, son ana qədər mübarizə apardıq.

Mən klubdakı bütün insanlara və Mayami şəhərinə hər zaman bizə göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Əminəm ki, son aylarda olduğu kimi, inanılmaz anlar yaşamağa davam edəcəyik”.

Həmin kateqoriyadan