- Baxış sayı: 34
- 02 Yanvar 2025 23:44
- Baxış sayı: 56
- Dekabr 29, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Səbail” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
Eyni matçın 63-cü dəqiqəsində “Şamaxı”nın 93 nömrəli futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib.
“Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimələnib.