İran futbolunu ağır cəza gözləyir

İran milli komandasının 2026-cı il dünya çempionatından birtərəfli qaydada geri çəkilmə qərarı ölkə futbolu üçün ağır nəticələrə səbəb ola bilər.

Allsport.az xəbər verir ki, FİFA reqlamentinə əsasən, turnirdən imtina edən komandalar gələcək bütün beynəlxalq yarışlardan kənarlaşdırılma riski ilə üz-üzədirlər.

Maliyyə sanksiyaları da kifayət qədər sərtdir. Belə ki, imtinanın vaxtından asılı olaraq federasiyanı 275,000 avrodan 555,000 avroya qədər cərimə gözləyir. Bundan əlavə, FİFA intizam komitəsi federasiyaya qarşı əlavə idman sanksiyaları tətbiq etmək hüququna malikdir. Bu böhran İranın idman naziri Əhməd Dünyamalinin millinin turnirdə iştirak etməyəcəyi ilə bağlı bəyanatından sonra yaranıb.

Boykot regionda gərgin hərbi-siyasi vəziyyət fonunda baş verir. Püşkə əsasən, İranın qrup mərhələsində iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də Belçika (hər ikisi Los-Ancelesdə) və iyunun 26-da Misir (Sietldə) ilə qarşılaşması planlaşdırılırdı.

Həmin kateqoriyadan