İsak transfer tələb edir

Aleksander Isak artıq “Nyukasl”da oynamaq istəmir.
Allsport.az xəbər verir ki, isveçli hücumçu transfer pəncərəsi bağlanana qədər klub onu buraxmasa belə, oynamaqdan imtina edəcək.

İsak “Nyukasl” karyerasını başa vurduğunu düşünür və komandaya qayıtmaq fikrində deyil.

O, hazırda bütün diqqətini “Liverpul”a keçməyə yönəldir. Avqustun əvvəlində “Nyukasl” Aleksanderi 110 milyon funt-sterlinqə satmaqdan imtina etdikdən sonra mersisaydlılar hələ yeni təkliflər verməyib. “Liverpul” təxminən 150 milyon funt sterlinq təklif edərsə və “Nyukasl” isveçlinin yerinə oyunçu tapa bilsə, transfer mümkündür.

Həmin kateqoriyadan