- Baxış sayı: 48
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Noyabrın 19-da Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə səfərdə olan İslam həmrəyliyi idman assosiasiyasının nümayəndə heyətini qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüşdə qurumunun baş katibi Nasir Ayman Mayali, strategiya və proqramlar direktoru Mazen Diab, MOK-un icraiyyə komitəsinin üzvü və İSSF-nin “Qadın və idmanda gender bərabərliyi” komitəsinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.
MOK-un vitse-prezidenti ölkəmizdə idmanın inkişafı və Bakı-2017 dördüncü İslam olimpiadasının uğurla keçirilməsi barədə qonaqlara məlumat verib.
Baş katib Nasir Ayman Mayali, səmimi qəbula görə təşəkkür edərək, 2025-ci ildə Riyadda keçiriləcək VI İslam həmrəyliyi oyunlarına hazırlıqlarla bağlı müzakirələr apardı və yarışların uğurla təşkil olunacağına inandığını bildirdi.
Görüş zamanı İslam həmrəyliyi idman assosiasiyası ilə əməkdaşlıq perspektivləri, gələcək layihələr və qarşılıqlı əlaqələr müzakirə edilib.