“İstədiyimiz nəticəni qazana biləcəyik”

“Qarabağ”ın kapitanı Maksim Medvedev İspaniyanın “Vilyarreal” klubuna qarşı oyundan öncə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, İstanbulda baş tutan mətbuat konfransından bunu söyləyib:

“Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. “Vilyarreal” böyük komandadı və baxımlı oyun sərgiləyirlər. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik”.

Avropa liqasının “İ” qrupunun 2-ci turunda “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da “Başağşəhər Fateh Tərim” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan