İTV-dən açıqlama: Dünya çempionatının 8 oyunu “CBC Sport” yayımlanacaq

“Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır”. Allsport.az saytının məlumatına görə, bu barədə İctimai televiziya və radio yayımları şirkəti açıqlama yayıb.

Qeyd olunub ki, ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İTV tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün, “CBC Sport” telekanalı ilə razılaşma əldə edib: 

“Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsi ilə, qrup mərhələsinin son turunun 8 oyunu (16 oyundan 8-i – red.) CBC Sport telekanalında yayımlanacaq” .

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish