- Baxış sayı: 46
- 18 Dekabr 2024 13:20
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
DÇ-2020-nin elit-raund mərhələsinin son matçında Slovakiya ilə qarşılaşan futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, braziliyalı mütəxəssis nəticəni şərh edib:
“Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik.
Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma onların qələbə istəyi buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim.
Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi”.
Yığmamız 4 xalla qrupda qalıb.