- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Premyer liqanın 11-ci turunda Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” matçında ədalətli-oyuna riayət edilib.
Allsport.az saytı xəbər verir ki, görüşün 27-ci dəqiqəsində hesab 0:0 olarkən ev sahibinin futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizə baş hakimi 11-metrlik cərimə zərbəsi təyin etməsilə bitib.
Amma nigeriyalı hücumçu Rəhim Həsənova yaxınlaşaraq, ona qarşı qayda pozuntusu olmadığını bildirib və belədə, referi qərarını ləğv edib. Oseqeylin “fair-play”ə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-ya məlumat veriləcək.