- Baxış sayı: 36
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi premyer liqanın III turuna təsadüf edib.
O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Tural cəmi 1 qol vurub.
Ölkə çempionatının yüksək dəstəsində yalnız Gəncə klubunda çıxış edən futbolçunun debütü 2015/16 mövsümündə olub, “Neftçi” ilə səfər qarşılaşmasında fürsət qazanıb. Həmin görüş 0:0 başa çatıb.