“Kələntər” qalib oldu

Naxçıvan futbol federasiyası və Ordubad rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ordubad rayonunun şəhər və kənd komandaları arasında rayon birinciliyi keçirilib.

Allsport.az xəbər verir ki, Ordubad rayonunun mərkəzi stadionunda keçirilən turnirdə 10 komanda iştirak edib. Final oyununda Kələntər və Düylün kəndlərinin kollektivləri qarşılaşıb. Gərgin keçən görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kələntər komandası turnirin qalibi olub. Ordubad şəhər komandası isə üçüncü pilləni tutub. Final matçından sonra komandalara mükafatlar təqdim olunub.

Turniri AFFA tərəfindən təyin olunmuş yerli hakimlər idarə ediblər. Bu layihənin gələcəkdə digər rayonlarda da keçirilməsi planlaşdırılır. Məqsəd kənd komandalarında fərqlənmiş oyunçulardan ibarət muxtar respublikanın vahid komandasını yaratmaq və region liqasında iştirak etməkdir.

Həmin kateqoriyadan