Kadinin transferindən ilk klubu da qazanacaq

Kadi Borgesin transferindən əldə olunan 4,8 milyon avronun hamısı “Qarabağ”a çatmayacaq. Allsport.az xəbər verir ki, məbləğin 5 faizi onu 2019-cu ilədək (12-23 yaş dövrü) yetişdirmiş “Koritiba” klubuna ödəniləcək.

Bu da təxminən 200 min avro deməkdir. Rusiyanın “Krasnodar” klubuna keçən braziliyalı yeni klubunda 2 milyon avro maaş qazanacaq.

Kadi Ağdam təmsilçisində 74 oyunda 28 qol və 28 məhsuldar ötürmə müəllifidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish