- Baxış sayı: 33
- 06 Aprel 2026 12:06
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

Fabio Kapello İtaliya yığmasının 2026-cı il dünya çempionatından kənarda qalmasına kəskin reaksiya verib.
Allsport.az xəbər verir ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi “Skuadra Adzurra” seçmə mərhələnin pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq (əsas vaxt 1:1, penaltilər seriyası 1:4) mundiala vəsiqə qazana bilməyib.
Kapello bu uğursuzluğu ölkə futbolu üçün qara ləkə adlandırıb: “Bütün gecəni yata bilmədim, hələ də baş verənlərə inana bilmirəm. Söhbət dördqat dünya çempionu olan bir ölkədən gedir. Bu, idman faciəsi və rüsvayçılıqdır. İtaliya futbolunun müasir tarixində baş verən ən pis hadisələrdən biridir”.
Mütəxəssis həmçinin federasiya rəhbərliyini də hədəf alıb: “Ən narahatedici məqam odur ki, heç kim istefa vermir. Məsuliyyəti ilk növbədə federasiya prezidenti və bütün idarə heyəti daşımalıdır. Biz mütəxəssisləri cəlb etməli, baş verənləri analiz etməli və yenidənqurma işlərinə sıfırdan başlamalıyıq. Problem təkcə nəticələrdə deyil, bu sistem xarakterli bir böhrandır”.
İtaliya millisi tarixində ilk dəfə ardıcıl üç dünya çempionatından (2018, 2022, 2026) kənarda qalıb.