- Baxış sayı: 47
- 27 Dekabr 2024 16:10
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, toplantı zamanı dopinq nəzarəti ilə bağlı bütün əsas mözvular əhatə edilib. Dopinq nəzarəti prosesində Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin hərtərəfli aspektlərini idmançıların diqqətinə çatdırılıb.
Qadağan olunmuş siyahı idman sahəsində qəti şəkildə qadağan olunmuş maddələr və üsulları müəyyən edir. Siyahı haqqında məlumatlı olmaq idmançının dürüstlüyü və onun sağlamlığı baxımında olduqca əhəmiyyətli meyardır.
İdmançılara 11 antidopinq qayda pozuntusu (AQP) haqqında ətraflı məlumat verilib. Qayda pozuntuları barəsində bilikli olmaq ilk növbədə idmançının məsuliyyətidir.
Terapevtik istifadə üçün istisna icazəsində, idmançıya müalicə tələb olunduqda, hansı dərman preparatlarının tərkibində qadağan edilmiş maddələrin olması haqqında mütləq şəkildə məlumatlanmaq və Tİİ ərizəsi ilə müraciət qaydasının prosedurlarını bilmək önəmlidir.
İdmançının hüquqları və öhdəliklərində, onların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatları paylaşdıq, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəliklərini vurğulanıb.