“Antidopinqdə inklüziv landşaftın yaradılması” konfransında

“Antidopinqdə inklüziv landşaftın yaradılması” konfransında

Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Hindistanın Nyu Dehli şəhərinə səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. O əvvəlcə Hindistan gənclər və idman nazirliyi, Hindistan milli antidopinq agentliyi və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən “Antidopinqdə inklüziv landşaftın yaradılması” beynəlxalq konfransının açılış mərasimində iştirak edib.

Həmçinin Nyu Dehlidə İdmanda dopinqə qarşı Beynəlxalq konvensiyanın tərəflər konfransının (COP-9) IX sessiyası bürosunun 2-ci rəsmi iclası keçirilib. Fərid Qayıbov COP-9 bürosunun vitse-prezidenti olaraq iştirak edib. 1-ci rəsmi toplantı bu il martın 5-6-da Bakıda keçirilib.

Həmin kateqoriyadan