Kökçü Niderland çempionatında qol vurdu

Azərbaycan yığmasının üzvü Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda debüt edib.

Allsport.az xəbər verir ki, 27 yaşlı hücumçu eredivizinin ilk turunda “Herenven”lə səfər oyununa əsas heyətdə başlayıb.

“Abe Lenstra” stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Volendam”ın heyətində yeganə qolu azərbaycanlı oyunçu vurub. O, 65-ci dəqiqədə baxımlı qola imza atıb.

Kökçü 7 dəqiqə sonra əvəzlənərək meydanı tərk edib.

Həmin kateqoriyadan