“Komanda geriyə addım atmırdı“

Bu gün “Neftçi” premyer liqanın 11-ci turunda evdə “Sabah”a 0:1 məğlub olub.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu məğlubiyyətə belə şərh verdi:

“Çətin və maraqlı oyun alındı. Hər 2 komanda mübarizə apardı, qələbə qazanmaq istəyirdi. Bu gün bəxt rəqib tərəfdə idi.
Düşünürəm ki, ilk 11-də olan oyunçular verdiyim tapşırıqları layiqincə yerinə yetirdilər. Oyunçularım qol epizodları yaratmağa çalışırdı, “Sabah”la sonuncu oyunla müqayisədə bu dəfə daha yaxşı idik. Düşünürəm ki, meydanda bəzi individual səhvlər, komandanı daha da arxaya çəkilməyə məcbür edirdi. 2-ci hissədə hər 2 komanda bir birinə qarşı amansız mübarizə aparırdı. Sona qədər qələbə qazanmaq istəyirdik. Komanda geriyə addım atmırdı, bu çox xoşuma gəldi”.

Həmin kateqoriyadan