Koreya növbəti mərhələdə, Uruqvay mundialla vidalaşdı

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının 3-cü turuna yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, “H” qrupunda Qana oyunun əvəllində Uruqvaya qarşı penalti qazansa da, bunu yerinə yetirə bilməyib.

Əvəzində, güney amerikalılar 2 qol vuraraq, elə ilk yarıda matçın taleyini həll ediblər. Amma qələbəyə rəğmən 2-qat dünya çempionu 4 xalla qrupda qalıb.

Top fərqinə görə Portuqaliya millisini 2:1 üstələyən Koreya futbolçuları portəgizlərlə 1/8 finala adlayıblar. Pireney təmsilçisi ötən tur 2-ci qələbəsini bayram edərək vaxtından əvvəl mərhələni özünə təmin etmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish