Laporta: “La liqa üçün mübarizəmizi davam etdirəcəyik”

Allsport.az xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta klubun inkişafı və perspektivləri ilə bağlı sualı qısa şərhlə cavablandırıb:

“La liqa üçün mübarizəmizi davam etdirəcəyik. Amma indi biz daha çox şey istəyirik – Avropada mübarizə aparmaq və Çempionlar liqasını qazanmaq.

Bizim güclənmək üçün bir neçə variantımız var və indi yeni oyunçuların qeydiyyatı prosesi gedir. Daha bir neçəsini qeydiyyatdan keçirə bilərik. 

Müdafiədə isə meydanın mərkəzində güclənəcəyik. Qalanları üçün gəlin hər şeyi olduğu kimi buraxaq “.

Həmin kateqoriyadan