Lukas Afriko “Qəbələ”də

Allsport.az xəbər verir ki, Qəbələ təmsilçisi növbəti transferini gerçəkləşdirib.

2023/24 mövsümünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə “1+1” illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir.

O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.

“Qəbələ” Afrikoya qədər Ahmed AyzayaZurab Oçiqavanı da heyətinə qatıb.

Həmin kateqoriyadan