“Mənə böyük inam bəsləyirlər”

Allsport.az xəbər verir ki, “Kəpəz”in futbolçusu Georgi Papunaşvili klubun mətbuat xidmətinə açıqlama verib:

“Səhvlərimiz üzərində işləməli, vəziyyəti düzəltməli və inkişaf etməliyik. Azarkeşlərimiz möhtəşəmdirlər, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdırlar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdur. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq”.

Həmin kateqoriyadan