“Hakimlər bunu başa düşər, gələcəkdə öz üzərində daha çox çalışarlar”

Premyer liqanın 35-ci turunda “Qarabağ” Bakıda “Turan Tovuz”u 4:3 məğlub edib. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun barədə bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Maraqlı, bol qollu oyun oldu. “Turan Tovuz” da yaxşı performans göstərdi. Soyuq havada gəlib bizim yanımızda olan azarkeşlərə təşəkkür edirəm”.

Baş məşqçi son iki turda əcnəbi VAR hakimlərinin dəvət edilməsinə münasibət bildirib: “Mən heç xoş qarşılamadım. Hamımız öz sahəmizdə aktiv olmağa çalışmalıyıq. Əgər işimizi yaxşılaşdırmaq imkanımız varsa, heç kimə şans vermək olmaz.

Səhvlər, narazılıqlar var idi. Bilmirəm, VAR sistemi nə dərəcədə qəlizdir. Hakimlər bunu başa düşər, gələcəkdə öz üzərində daha çox çalışarlar. İstəməzdim ki, bizim hakimlərin yerində başqaları olsun.

Hakimlərin başqa ölkə çempionatına getməsi praktikası futbolda var. Bizim hakimimiz Əliyar Ağayev tez-tez Yunanıstan çempionatında oyun idarə edir. Bizdən ora gedirlərsə, deməli güvənirlər. Hamı üçün böyük məsuliyyət olacaq. Gələcəkdə imkan verməzlər ki, əcnəbilər gəlsin”.

Həmin kateqoriyadan