Məhkəmə Cavid Hüseynovla bağlı həbs qərarını qüvvədə saxladı

Jurnalist Rasim Əliyevin qətli barədə məlumatları bilib xəbər verməməkdə ittiham edilən Cavid Hüseynovun 3 ay müddətinə həbs olunduğu haqda məlumat vermişdik. Allsport.az xəbər verir ki, “Qəbələ” və Azərbaycan yığmasının yarımmüdafiəçisi avqustun 11-də Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasına salınmışdı.

Bu gün Bakı Apellyasiya Məhkəməsində onun həbs qəti-imkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb. Lakin Cavidin Apellyasiya şikayəti qəbul olunmayıb. Hakim İlqar Murquzov qərarı qüvvədə saxlayaraq, Hüseynovun həbsdə qalmasının davam edəcəyini açıqlayıb.

Bu isə o deməkdir ki, cinayət işinin üstü açılana qədər futbolçu təcridxanada qalacaq. Vəkil Adəm Məmmədov muxbirimizə açıqlamasında yenidən apellyasiya şikayəti edərək, Cavidin heç olmasa ev dustağı kimi qalmasını istəyəcəklərini bildirib.

Rasim Əliyevi əməliyyat edən cərrah Saday Əliyev də prokurorluqda dindirilir. O özü mediaya açıqlamasında bütün lazımi tibbi müdaxilələri etdiyini bildirir.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz Facebook hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin “matçtda niyə Türkiyənin bayrağını qaldırdınız” suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

Həmin kateqoriyadan