- Baxış sayı: 190
- 03 İyun 2023 23:30
- Baxış sayı: 190
- İyun 03, 2023
- 0
Polşanın “Legiya” komandasının futbolçusu Tomaş Pekhartın evi qarət olunub.
Allsport.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu “interia sport”a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar. Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu, polisə müraciət etdiklərini, istintaqın nəticəsini gözlədiklərini bildirib.
Pekhart 2020-ci ilin fevralından “Legiya”da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli də Varşava təmsilçisinin şərəfini qoruyur.