MÜSAHİBƏ
Maksim Medvedev: “Belə meydanda oynamaq bizim üçün problemdir”

Premyer liqanın 20-ci turunda səfərdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərə müsahibə verib. Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu oyunu şərh edib:

– Üstün oynasaq da, komanda çox güc sərf edib. Süni örtüklü meydanda oynamaq bizim üçün problemdir. Belə meydanda 2 dəfə çox güc sərf edirik. Ancaq yenə də mübarizə aparırdıq. Hücumlar etdik, 2 yaşı qol vurduq. Qalib gəlmək istəyirdik və bunu bacardıq. Yolumuza davam etməliyik.

– “Neftçi”ni 8 xal qabaqlayırsınız. Sona 8 tur qalmış komandada çempionluq ab-havası hiss edilir?
– Qətiyyən! Hər oyuna fərqli sistemlə hazırlaşırıq. Fərqli məşqlər keçirik. Azəndan fərqi qorumalıyıq. Yalnız özümüzü düşünməliyik. Hər oyunda qalib gəlməliyik. Demək istədiyim odur ki, hər şey öz əlimizdədir.

– İkinci hissədə mövqeyini dəyişdin. Bu, nəyə görə baş verdi?
– Bunu baş məşqçidən soruşasanız, daha yaxşı olardı. Son oyunların axırıncı dəqiqələrində cinahımı dəyişirəm. Ola bilsin ki, baş məşqçinin dəyişiklik fikirləri var.

– Sol cinahda özünü necə hiss edirsən?
– Sola keçəndə məndən irəli getməyi tələb etmirlər. Bu baş verəndə üçlü müdafiə ilə oynayırıq. Oyunlarda belə sistem dəyişiklikləri olur.

– Milli komandanın yeni baş məşqçisi məlum deyil. Yeni çalışdırıcının yerli, yoxsa əcnəbi olmağını istəyirsən?
– Bu mövzuda danışmaq mənə doğru olmaz. Futbolçuyam, meydana çıxıb, işimi görəcəm. Sabah yerli və ya əcnəbi məşqçi gəlsə, hörmətlə yanaşıb, məşqlərimizi edəcəyik, oyunlara çıxacağıq.

– Rəşad Sadıqovun da adı milli ilə hallanır. Onun yığmanı çalışdıracağı sənə inandırıcı gəlir?
– Rəşad hələ futbolçudur, komanda yoldaşımdır. Onunla münasibətim yaxşıdır. Nəsə demək istəmirəm. Çox şey danışırlar. Ancaq bunlar yalnız müzakirələrdir. Reallıq olsa, fikir bildirmək olar.

– Millətlər liqasında Azərbaycan yığması Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupa düşdü. Püşklə bağlı nə deyəcəksən?
– Yaxşı rəqiblər düşdü. Çətin oyunlar gözləyir. Biri deyir, zəif qrupdur, digəri ötən turnirdəki qrupun yaxşı olduğunu söyləyir. İndi ancaq danışmaq olar. Qarşılaşmalardan sonra biləcəyik ki, rəqiblər hansı gücdədir.

Həmin kateqoriyadan