Maksim Medvedev “İnter”lə kubok oyunu ərəfəsində zədələnib

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, ilk oyunda “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edir. Ağdam klubu bu görüş öncəsi vacib itki ilə üzləşib.

Qonaqların müdafiəçisi Maksim Medvedev matç ərəfəsində start heyətdə yer alsa da, isinmə hərəkətləri edən zaman zədələnib. Bu səbəbdən, “Qarabağ”ın start heyətində dəyişiklik edilib. Belə ki, Maksim Medvedevi digər cinah oyunçusu İlqar Qurbanov əvəzləyib.

Həmin kateqoriyadan