- Baxış sayı: 32
- 25 Mart 2026 20:26
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən etibarən Bayıl stadionunda keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb. Allsport.az xəbər verir ki, toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə – “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək uşaqlar müəyyənləşdirilib:
Nihad Xәlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Әzizov – qapıçı (Xaçmaz)
Cavid Fərzəliyev – qapıçı (Sumqayıt)
Qaliblərin elan olunduğu, Bayıl stadionunda təşkil olunmuş tədbridə AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıdaki “Mançester Yunayted” futbol məktəbinin məşqçisi Mick Bennet və İngiltərədən ezam olunmuş mütəxəssislər Louis Garvey və Christopher Ollieuz iştirak ediblər.