“Maraqlı oyun izlədik”

Premyer liqanın 34-cü turunda “Araz-Naxçıvan” Bakıda “Turan Tovuz”a 0:1 uduzub. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Elmar Baxşıyev oyun haqda danışıb:

“Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Futbolçular meydanın hər zonası uğrunda mübarizə apardılar. Artıq neçənci oyundur ki, qol epizodları yaradır, amma realizə edə bilmirik. Əvəzində sadə vəziyyətdən qapımızda qol görürük. Dəyişilməli çox şey var, lakin komandanın özəyini də saxlamalıyıq. Qarşıda iki oyunumuz qalıb, həmin matçları düşünməliyik.

Rəqibin istəksiz olduğu fikri ilə razı deyiləm. Onlar da oyun zamanı meydanın hər qarışı uğrunda mübarizə apardılar. Epizodları niyə dəyərləndirə bilmədik? Bu ayrı mövzudur. Bəzən futbolçudan konsentrasiya, bəzən isə soyuqqanlı davranmaq tələb olunur. “Araz-Naxçıvan” Premyer Liqada yenidir, daha da yaxşı olmağı lazımdır”.

Həmin kateqoriyadan