Matiçin yeni klubu

“Çelsi”nin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Nemanya Matiç “Sassuolo”ya keçib.

Allsport.az xəbər verir ki, tərəflər bir illik müqavilə imzalayıb.

37 yaşlı serbiyalı futbolçu avqustun ortalarında “Lion”la müqaviləsini ləğv etdikdən sonra azad agent statusu alıb. Ötən mövsüm o, Fransa klubunun heyətində bütün yarışlarda 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan