Mayami klubunda 6-cı argentinalı

“İnter Mayami” Yunanıstanın “Olimpiakos” klubunda icarə əsasında çıxış edən Meksikanın “Puma” klubunun mərkəz müdafiəçisi Nikolas Freire ilə müqavilə imzalamağa yaxındır.

Allsport.az xəbər verir ki, fevralda 30 yaşı tamam olacaq argentinalı futbolçu “Olimpiakos”la müqaviləsini ləğv edəcək və “İnter Mayami”yə icarəyə gedəcək.

Əgər o, Amerika klubuna keçsə, Freyre Lionel Messi, Fakundo Farias, Franko Neqri, Tomas Aviles və Nikolas Stefanellidən sonra komandada 6-cı argentinalı olacaq.

Həmin kateqoriyadan