- Baxış sayı: 35
- 09 Mart 2026 23:46
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Barselona”nın prezidenti Xuan Laporta əfsanəvi Lionel Messinin adının əbədiləşdirilməsi üçün stadionun qarşısında abidəsinin ucaldılacağını və “Nou Kamp”ın tam açılışı çərçivəsində onun üçün xüsusi vida matçının təşkil olunacağını təsdiqləyib.
Allsport.az xəbər verir ki, bu ay keçiriləcək prezident seçkiləri ərəfəsində danışan Laporta, argentinalı ulduzun Yohan Kroyff və Ladislao Kubala kimi klub simalarının yanında öz heykəli ilə yer almasının tarixi borc olduğunu bildirib. Hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən Messinin ailəsi ilə tərtib məsələləri müzakirə olunur. Vida matçının isə stadionun tam bərpasından sonra, 2026/2027 mövsümündə keçirilməsi planlaşdırılır.