- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Lionel Messi ilə təsadüfi görüş bir azarkeşə baha başa gəlib.
Allsport.az xəbər verir ki, “İnter Mayami” ilə son səfəri zamanı Messi ilə qarşılaşan qadın, bu video görüntünü yaydığı üçün işini itirib.
Videoda Messinin səmimi şəkildə azarkeşi qarşıladığı, kameraya əl yellədiyi və dostlarından birini salamladığı görünür.
Lakin bu videonun paylaşılması azarkeş üçün gözlənilməz nəticə verib. Onun müdiri videoya görə qəzəblənib və azarkeşin işini buraxaraq görüşə getdiyini düşünərək onu vəzifəsindən azad edib.
Qadın daha sonra videonun altına bu şərhi yazıb:
“Mən dostumun arzusunu gerçəkləşdirdim: Lionel Messi onu salamladı. Təəssüf ki, bu videoya görə işimi itirdim”.