Meynu satışa çıxarıldı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meynu komandasını dəyişə bilər.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” 20 yaşlı futbolçunu satışa çıxarıb. O, baş məşqçi Ruben Amorimin planlarına daxil deyil.

Meynunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, əsas komandanın heyətində 72 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan