Milan Obradoviç: “Oyun daha böyuk hesabla başa çata bilərdi”

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli qitə çempionatının seçməsində səfərdə Estoniyanı 5:0 darmadağın edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Milan Obradoviç hesabın daha böyük ola bilməsini deyib: 

“Qələbə münasibətilə hamını təbrik edirəm. Oyuna gəlincə, bu gün əsl futbol nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. Çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik. Futbolçularimla fəxr edirəm.

Hesabı tez açmağımız bizə özünəinam qazandırdı. Çoxsaylı qol vəziyyətləriimiz oldu.  Oyun daha böyuk hesabla başa çata bilərdi. Bununla belə, komandada bəzi fərdi səhvlər də var idi. Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur.

Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolcularima inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidir. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish