- Baxış sayı: 34
- 25 Mart 2026 20:26
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Milan” “Cenoa”dan müdafiəçi Koni de Vinteri transfer etdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı belçikalı “qırmızı-qaralar”la 5 illik müqavilə imzalayıb.
De Vinter yeni komandasında 5 nömrə altında çıxış edəcək.
Keçidin qiyməti 20 milyon avro olub.
De Vinter “Cenoa”da iki mövsüm keçirib. O, 57 oyunda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.