- Baxış sayı: 132
- 15 Fevral 2026 10:30
- Baxış sayı: 213
- Fevral 16, 2026
- 0

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması ilk dəfə FİBA çempionlar kubokunda mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, yığma ikinci dəfə təşkil olunacaq turnirdə Avropa kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.
Martın 13-dən 15-dək baş tutacaq yarışda milli “B” qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.
Turnirin qalibi FİBA 3×3 çempionlar kuboku 2027, dünya kuboku 2027 və 2028-ci il olimpiya oyunlarına vəsiqə qazandıran olimpiya təsnifat turnirində iştirak hüququ əldə edəcək.