- Baxış sayı: 42
- 25 İyul 2024 14:14
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Milli paralimpiya komitəsinin yeni mətbuat katibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu vəzifə Fərid Qarazadəyə həvalə edilib.
O, 2016-cı ildə ölkəmizdə təşkil olunan UEFA U-17 Avropa çempionatının yerli təşkilat komitəsində çalışıb, Avro-2020-nin Bakının ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.
İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.