Millimiz 2 pillə irəlilədi

Azərbaycan ağırlıqqaldırma yığması Avropa çempionatları tarixinin ümumi medal sıralamasında iki pillə irəliləyib.

Allsport.az xəbər verir ki, buna Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan yarış səbəb olub.

Millimiz qitə çempionatını Dadaş Dadaşbəylinin qazandığı qızıl medalla başa vurub. O, 109 kq çəkidə bütün rəqiblərini üstələyib.

Bu, Azərbaycan atletlərinin Avropada qazandığı 7-ci qızıl medaldır. 4 gümüş və 7 bürüncü də olan yığmamız ümumilikdə 18 mükafat qazanıb.

Azərbaycan 1914-2024-cü illəri əhatə edən dövrün medal sıralamasında 23-cü yerə yüksəlib. Yığmamız İsveç (6 qızıl, 9 gümüş, 15 bürünc) və Finlandiyanı (6 qızıl, 14 gümüş və 25 bürünc) arxada qoyub.

Qeyd edək ki, cədvələ keçmiş SSRİ başçılıq edir – 202 qızıl, 89 gümüş və 34 bürünc.

Həmin kateqoriyadan