Millimiz beynəlxalq turnirdə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq turnirində iştirak edəcək.

Allsport.az xəbər verir ki, iyunun 3-dən 11-dək keçiriləcək turnirə Moldovanın Tiraspol şəhəri ev sahibliyi edəcək. Millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova yığmaları olacaq.

U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq. Tiraspoldakı matçlar Bakı vaxtı ilə 20:30-da, digər qarşılaşma 18:00-da başlayacaq.

4 iyun
20:30. Azərbaycan (U-19) – Qazaxıstan (U-19)

7 iyun
18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)

10 iyun
20:30. Azərbaycan (U-19) – Moldova (U-19)

Həmin kateqoriyadan