- Baxış sayı: 31
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Futbol üzrə qadınlardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Allsport.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova ilə üz-üzə gəlib.
“ASK Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.
Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı “D” qrupunda bu oyuna qədər xal qazana bilməmişdi və sonuncu – 5-ci pillədə qərarlaşmışdı. Son oyundakı qələbə də yığmamızın mövqeyinə təsir etməyib. Komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.