- Baxış sayı: 9
- 10 Dekabr 2025 15:57
- Baxış sayı: 57
- Dekabr 08, 2025
- 0
Serbiya Super Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Mladost”la (Luçani) qarşılaşıb. Matç paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın 46-cı dəqiqəsində meydana çıxan Subaşiç sonadək mübarizə aparsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 6 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.